RU

Mərkəzi Bankdan dollarla bağlı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.Bu barədə Metbuat.az-a AMB-dən məlumat verilib. Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib:"Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub".Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dolları və ya 10,6 % azdır.Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərşənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Избранный
78
14
metbuat.az

10Источники