Bakı. Trend:
Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisəŞahbuz rayonunun Külüs kəndi ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsindəŞahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü CəfərliVurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu,Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov BaratQənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasınayerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindənicazəsiz götürərək qəza törədib.
Faktla bağlı araşdırma aparılır.