RU

İranda helikopter qəzasının TƏFƏRRÜATLARI

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmilərinin olduğu helikopterin necə qəzaya uğramasının vacib və yeni təfərrüatları ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu haqda İran Prezidentinin aparat rəhbəri Qulamhüseyn İsmaili İRİB agentliyinə danışarkən açıqlayıb.

O bildirib ki, uçuş zamanı hava şəraiti əlverişli olub, bulud örtüyü yalnız məhdud ərazidə müşahidə edilib:

“Günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığı yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olundu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirdi ki, buludlardan yuxarı çıxmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti daşıyırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı. “Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
282
1
nocomment.az

10Источники