Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “BakuBus” MMC-nin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.