Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb.
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
BiG.Az