“Slovakiyanın sui-qəsdə məruz qalaraq güllələnən Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılığa doğru gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.
“Yüksək əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş var. Vəziyyət hələ də çox ciddidir, lakin müsbət irəliləyişlər məni ruhlandırır”, - deyə Kalinyak jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki,tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта