AZ

Güllələnən Baş nazir başqa xəstəxanaya köçürüldü

Mayın 15-də silahlı insident zamanı yaralanan Slovakiyanın Baş naziri Robert Fitso Mərkəzi Slovakiya xəstəxanasından Bratislavaya aparılıb.

Bu barədə “Markiza” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Fitso paytaxtın Müqəddəs Maykl xəstəxanasına göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazirin vəziyyətinin getdikcə yaxşılaşdığı bildirib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. O, ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib..“Qafqazinfo”

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
15
cebheinfo.az

10Mənbələr