Rəfaha əlavə İsrail hərbçiləri daxil olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"HƏMAS-ın yenidən təşkil edilmək imkanı yoxdur, onların nə ehtiyat qoşunları, nə təchizatları var, nə də bizim mübarizə apardığımız terrorçuları müalicə etmək qabiliyyəti var", - Qalant əlavə edib.
Mayın əvvəlində İsrailin əsas müttəfiqi olan ABŞ-nin etirazlarına baxmayaraq, İsrail qüvvələri Qəzza zolağında Misirlə Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib.