AZ

Şolz Rəfahda quru əməliyyatına görə xəbərdarlıq edib: "Bunun sonu yaxşı olmayacaq"

Almaniya kansleri Olaf Şolz Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına qarşı xəbərdarlıq edib və Fələstin əhalisinə daha çox yardım göstərilməsinə çağırıb. Bizimyol.info xəbər verir ki, "DPA" xəbər agentliyinin verdiyi məlumata görə, Şolz bu barədə Karlsruedə bildirib. “Biz Almaniyada, Avropada, eləcə də Amerika hökumətində yekdil fikirdəyik: milyonlarla qaçqının sığındığı və müdafiəsiz qaldığı Rəfaha hücum barədə düşünmək indi məsuliyyətsizlikdir. Bunun sonu yaxşı qurtara bilməz”, - deyə Almaniya kansleri qeyd edib. Bundan əlavə, kanslerin bildirib ki, indi ağır vəziyyətdə olan Qəzzaya kifayət qədər humanitar yardım çatdırılmalıdır. Onun bəyanatı Qəzzada müharibəyə etiraz edən onlarla etirazçı tərəfindən yüksək rəğbərlə qarşılanıb. “Gündə 500 yük maşını minimumdur. Müharibə aparan hər kəs, həm də bəşəriyyət və müharibənin qurbanı olan mülki əhali üçün məsuliyyət daşıyır”, - deyə Şolz bildirib. Mayın 6-da İsrail ordusu şərqi Rəfahın əhalisini təxliyə etmək üçün hazırlıqlara başladığını elan edib. Ertəsi gün hərbçilər Rəfahda hərbi əməliyyata başladığını və Qəzza zolağının Misirlə sərhədindəki eyniadlı sərhəd-keçid məntəqəsini nəzarətə götürdüyünü elan ediblər. Bundan əvvəl beynəlxalq ictimaiyyət İsraili Rəfahdakı genişmiqyaslı əməliyyatdan imtina etməyə çağırıb. Xüsusilə, ABŞ səlahiyyətliləri belə bir qərarı oradakı mülki əhaliyə zərər verəcək və yəhudi dövlətinin təhlükəsizliyini zəiflədəcək səhv hesab etdiklərini bildiriblər. İsrail hakimiyyəti isə öz növbəsində israr edir ki, Rəfah əməliyyatı “tam qələbə” və Qəzza zolağında Həmas silahlı qüvvələrinin məğlubiyyəti üçün zəruridir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
41
bizimyol.info

10Mənbələr