RU

Güllələnən baş nazirdən xəbər var

Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

\"Yaxşı əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, - nazir deyib.

R.Kalinyak əlavə edib ki, sonrakı müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. \"Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, - o əlavə edib.

Bundan əvvəl Ruzvelt adına xəstəxananın direktoru Miriam Lapunikova hazırda Slovakiya baş nazirinin huşunun özündə olduğunu və intensiv terapiya şöbəsində olduğunu bildirib.
Избранный
342
10
azxeber.com

10Источники