RU

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur

Küləkli

Bakı, 16 may, AZƏRTAC

Küləkli hava şəraiti ilə bağlı “Rəng xəbərdarlıq sistemi” bu gündən etibarən www.meteo.az saytı (https://meteo.az/index.php?ln=az&pg=443) vasitəsilə əhaliyə çatdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim edilir.

Qeyd edək ki, dünya təcrübəsinə əsaslanan "Rəng xəbərdarlıq sistemi” əhalinin diqqətini daha çox cəlb etmək və küləkli hava şəraiti ilə bağlı xəbərdarlığın əhəmiyyətini vurğulamaq üçün önəmlidir.

 

Избранный
549
14
azertag.az

10Источники