RU

Basketbol Liqasında final mərhələsi başlayıb

Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilib. 

Bizim.Media xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gəliblər. 

“Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma 95:79 hesabı ilə ikincilərin xeyrinə başa çatıb. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək. 
Sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
211
13
bizim.media

10Источники