AZ

“Xəzri” finalda “Sabah”a rəqib oldu

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti yarımfinal oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları bu gün seriyanın 2-ci oyununa çıxıblar.

Oyunun əvvələrindən üstünlüyü “NTD-İndiqo” ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant “Xəzri” yekunda 86:81 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Xəzri” seriyada 2:0 hesablı qalibiyyət əldə edib və finalda “Sabah”ın rəqibi olub. “NTD-İNDİQO” isə 3-cü yer uğrunda “Xırdalan”la oyunlarda iştirak edəcək.

Ən məhsuldar basketbolçular “Xəzri”də Cordan Perkins (23 xal, 8 asist), “NTD-İndiqo”dan Qeylen Smit (22 xal, 12 ribaund) olublar.

“Xəzri” və “Sabah” arasında final seriyasının ilk oyunu 16 mayda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
3
futbolinfo.az

10Mənbələr