RU

Azərbaycan-Bolqarıstan münasibətləri tarixi əsaslara söykənir- ÖZƏL

"Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədovun sözlərinə görə, hazırda Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir: "Son illərdə Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir və inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində əməkdaşlıq artmaqdadır. Həmçinin mədəni əlaqələr də vacib yer tutur.  Müxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədilə mütəmadi şəkildə səfərlər təşkil olunur, görüşlər, forumlar, tədbirlər keçirilir.İki ölkə arasında bir çox sahələr üzrə ciddi addımlar atılıb, strateji əməkdaşlıqların təməli qoyulub. Enerji tərəfdaşlığı isə Azərbaycan və Bolqarıstan münasibətlərinin əsas təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri kimi qeyd olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
183
2
olaylar.az

2Источники