RU

Əziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti ola bilər

Əziz Yıldırım yenidən Türkiyənin "Fənərbağça" komandasının prezidenti ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Yıldırım "Haber Qlobal"a açıqlamasında bildirib.

72 yaşlı funksioner qeyd edib ki, bu il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək.
Əziz Yıldırım daha əvvəl 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, "Fənərbağça" klubuna prezident seçkiləri bu ilin iyununda baş tutacaq. Komandanın hazırkı rəhbəri Ali Koçdur.

Bizim.Media

Избранный
179
11
bizim.media

7Источники