RU

Almaniya may ayında Ukraynaya "IRIS-T" hava hücumundan müdafiə sistemi verəcək

May ayında Almaniya daha bir "IRIS-T" hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verəcək və üçüncü “Patriot” hava hücumundan müdafiə sisteminin təhvil verilməsi hələ də gözlənilir. Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer telemarafon zamanı bildirib. “Bu gün Ukraynada artıq iki Patriot hava hücumundan müdafiə sistemimiz var və biz bura daha birini, üçüncüsünü gətirəcəyik. Patriot sistemləri ilə yanaşı, "IRIS-T" sistemi də var. Artıq burada bir neçə sistem var və may ayında başqa sistem gələcək. Biz bura həmçinin "Gepard" (zenit özüyeriyən silahları) və Almaniyada hazırlanmış tamamilə yeni sistem - "Skynex" gətirdik”, - deyə o qeyd edib. Aprelin 13-də Almaniya Müdafiə Nazirliyi Berlinin tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir "Patriot" sistemi göndərəcəyini açıqlayıb. İndiyədək Kiyev hakimiyyəti Almaniyadan iki "Patriot" sistemi alıb. Ukrayna hakimiyyəti mütəmadi olaraq Qərbi hava hücumundan müdafiə sistemləri və raketlərini Kiyevə ötürməyə çağırır, xüsusən "Patriot" komplekslərində israr edir. Əvvəllər Kiyev daha 5-7 qurğu almaq istəyirdi, lakin aprelin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Ukraynın 25 "Patriot" sistemi ilə qorumağın mümkün ola biləcəyini deyib. Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Qərbin Ukraynaya silah göndərməsi və ukraynalı hərbçilərin təliminə yardım etməsi yalnız münaqişəni uzadır və döyüş meydanındakı vəziyyəti dəyişmir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
135
27
bizimyol.info

10Источники