Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.
Hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.
Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan sakinlər təxliyə ediliblər.