AZ

Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı açıqlandı - YENİLƏNİB 

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: “SHOT” “Telegram” kanalı

***

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

Seçilən
137
2
olke.az

10Mənbələr