ABŞ prezidentliyinə namizəd Donald Tramp seçicilərinə vəd edib ki, onları Meksikadan gələn sonsuz miqrant axınından xilas edəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Eks-prezident seçkidə qalib gələcəyi təqdirdə ABŞ-ın cənub sərhədini bağlayacağına söz verib.
Tramp Nyu Cersidəki mitinqdə bildirib ki, bununla o, qeyri-qanuni mühacirləri mənsub olduqları yerə göndərəcək. Amerika mediasının yaydığı məlumata görə, sözügedən mitinqdə 80-100 min adamın iştirak edib.
Bundan əlavə, Tramp Ağ Evə yenidən daxil olduqdan dərhal sonra Amerika tarixində qeyri-qanuni mühacirlərin ən kütləvi deportasiyasının başlayacağını bildirib.
Tramp əvvəllər miqrantların sayının artmasında Baydenin siyasətini günahlandırıb.(Publika.az)