RU

Bəhlul Mustafazadə: “Meydanda gördüyüm ilə təkrar fərqli ola bilər”

“Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının 35-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Zirədə baş tutan bu oyunda Ağdam təmsilçisi 1:0 hesablı çətin qələbəyə sevinib. Matçın ardından Ağdam təmsilçisinin təcrübəli müdafiəçisi Bəhlul Mustafazadə Arena.az-a müsahibə verib.

– Oyun haqda fikirləriniz necədir?
– “Zirə” ilə oyunun çətin olacağını bilirdik. Düşünürəm ki, çox yaxşı müdafiə olunan komandadır. Bu amilin bizə çətinlik yaradacağını bilirdik. Bizim üçün çətin oyun keçdi. Sonda qalib gəldik və xoşbəxtik.

– Hakimin idarəçiliyini necə dəyərləndirirsiniz?
– Açığı, gərək epizodun təkrarına baxım. Meydanda gördüyüm ilə təkrar fərqli ola bilər. Ona görə də dəqiq bir şey deyə bilmərəm.

– Bugünkü performansınızı necə dəyərləndirirsiniz?
– Daha yaxşı ola bilərdi. Düşünürəm ki, üzərimdə çalışaraq daha yaxşısına nail olacağam.

– Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
– Yenə eyni qaydada, qələbə qazanmaq üçün meydana çıxacağıq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Nahid Ustaclı

Избранный
81
1
arena.az

2Источники