AZ

Bəhlul Mustafazadə: “Meydanda gördüyümlə təkrar fərqli ola bilər”

“Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının 34-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Zirədə baş tutan bu oyunda Ağdam təmsilçisi 1:0 hesablı çətin qələbəyə sevinib. Matçın ardından Ağdam təmsilçisinin təcrübəli müdafiəçisi Bəhlul Mustafazadə Arena.az-a müsahibə verib.

– Oyun haqda fikirləriniz necədir?
– “Zirə” ilə oyunun çətin olacağını bilirdik. Düşünürəm ki, çox yaxşı müdafiə olunan komandadır. Bu amilin bizə çətinlik yaradacağını bilirdik. Bizim üçün çətin oyun keçdi. Sonda qalib gəldik və xoşbəxtik.

– Hakimin idarəçiliyini necə dəyərləndirirsiniz?
– Açığı, gərək epizodun təkrarına baxım. Meydanda gördüyüm ilə təkrar fərqli ola bilər. Ona görə də dəqiq bir şey deyə bilmərəm.

– Bugünkü performansınızı necə dəyərləndirirsiniz?
– Daha yaxşı ola bilərdi. Düşünürəm ki, üzərimdə çalışaraq daha yaxşısına nail olacağam.

– Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
– Yenə eyni qaydada, qələbə qazanmaq üçün meydana çıxacağıq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Nahid Ustaclı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
arena.az

2Mənbələr