Kayde Qordon “Liverpul” ilə müqaviləsini yeniləyib.
“Football-plus.az” xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatında yeni müqavilənin təfərrüatları açıqlanmasa da, uzunmüddətli olduğu bildirilir.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi “Liverpul”a 2021-ci ildə “Derbi Kaunti”dən keçib. Kayde cari mövsümdə 3 oyununda iştirak edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта