Bakı. TurkicWorld:
BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarı sevindiricidir.
TurkicWorld-un məlumatına görə, bu barədə AK Partiyanın sözçüsü Ömər Çelik “X” sosial media şəbəkəsində paylaşıb.
O qeyd edib ki, qətnamə layihəsi çox sayda səs ilə qəbul olunsa da, İsrailin bu qətnaməni heçə sayması qəbul edilməzdir.
Xatırladaq ki, may ayının 10-da BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib, qanun layihəsinə 143 “hə” səsi verilib.
Tasnem Ismukhan