RU

Gəncədə iki avtomobil TOQQUŞDU - 1 nəfər xəsarət aldı

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində baş verib. 

Hərəkətdə olan "VAZ-21011" ilə "Chevrolet" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə  xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
180
50
bizim.media

10Источники