AZ

Şahbuzda ağır qəza - 4 yeniyetmə xəsarət aldı

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, hadisə rayonunun Külüs kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. 

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
oxu24.com

10Mənbələr