7NEWS.az xəbər verir ki, Dünən axşam saatlarında ABŞ-ın Miçiqan ştatını vuran tufan və tornado dağıntılara səbəb olub. Portage şəhərində ABŞ-ın FedEx yük şirkətinə məxsus anbarın damı və bir hissəsi uçub. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada anbarın çökməsi nəticəsində 50 nəfərin qapalı qaldığı, qrupların axtarış-xilasetmə əməliyyatına başladığı qeyd edilib. Elektrik naqilləri və dağıntılar səbəbindən qrupların sıxışanlara çatmasının çətin olduğu öyrənilib.
7NEWS.az