Rusiya Nigerə hərbi texnika və humanitar yardım çatdırıb.
NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, təlimatçılarla müşayiət edilən 2 yük təyyarəsi Nigerə göndərilib.
Bununla da 1 aydan az müddətdə ölkəyə texnika və təlimatçı daşıyan təyyarələrin sayı 3-ə çatıb.
Bir müddət əvvəl Pentaqon rəhbəri Rusiya hərbçilərinin Afrika ölkəsindəki hərbi bazalarına çıxışının olub-olmamasını nəzarətdə saxladıqlarını açıqlayıb.