Türkiyənin Kayseri şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 avtomboilin toqquşduğu qəza nəticəsində 6 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər, polis və təcili yardım qrupları cəlb edilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Bir müddət sonra nəqliyyatın hərəkəti bərpa olunub.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə