Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla 22:58 radələrində, 4,1 bal gücündə qeydə alınıb.
Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər. Dağıntı və tələfat barədə məlumat verilməyib.
DOĞRU.AZ