Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda 4,1 maqnitudalı zəlzələ olub.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Unİversiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanlar yerli vaxtla 22:58-də (Bakı vaxtı ilə 23:58-də) qeydə alınıb. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun