RU

"Bu gün bir çox şeylər məni razı salmadı" - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"lə səfər oyununda (1:1) sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis deyib:

"Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz səfəri hər zaman çətin olur. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Bunlar "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər".

Избранный
111
1
offsideplus.az

2Источники