Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.
"Report" xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib.
Onun kəllə-beyin travması aldığı ehtimal edilir.
Nazir spirtli içki və narkotik testindən keçib. Hər iki testin nəticəsi mənfi olub.