Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Yeniavaz.com xəbər verir ki, məlumatda Volodimir Aleksandroviç Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu göstərilir. Onun konkret nədə ittiham olunduğu məlum deyil.