Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan indiyədək 4,3 milyard bareldən artıq neft hasil edilib. Eyni zamanda, ötən müddətdə AÇG-dən xam neftlə yanaşı çıxarılmış səmt qazının 50 milyard kubmetrdən artıq hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib.
Bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriyanın açılışı mərasimində bildirib.
O, həmçinin deyib ki, 2006-cı ilin sonlarında hasilata başlanılmış “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 200 milyard kubmetrdən artıq “mavi yanacaq” çıxarılıb.
XQ