Cümə günü günorta saatlarında Şri-Lankanın şərq əyalətinin Ampara şəhərində iki avtobusun toqquşması nəticəsində 25-i məktəbli olmaqla, 33 nəfər yaralanıb.
APA "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.
Qəzada məktəb avtobusu digər avtobusla toqquşub.
Yaralılar Ampara xəstəxanasında müalicə olunurlar.