Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Ankaragücü” – “Alanyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Beşiktaş” – “Rizəspor” matçında isə İstanbul təmsilçisi qələbə qazanıb.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
35-ci tur
3 may
Ankaragücü – Alanyaspor 1:1
Qollar: Xatsiyovanis, 10 – O.Aydın, 90+5-pen.
Beşiktaş – Rizəspor 3:2
Qollar: Kolli, 7. Raşiça, 65. Uorral, 90+7 – Olavoyin, 5. E.H.Topçu, 68.
4 may
17:00. İstanbulspor – Adana Dəmirspor
20:00. Kayserispor – Fatih Karagümrük
20:00. Samsunspor – Trabzonspor
5 may
17:00. Başakşəhər – Kasımpaşa
20:00. Qalatasaray – Sivasspor
20:00. Qaziantep – Hatayspor
6 may
21:00. Antalyaspor – Pendikspor
21:00. Konyaspor – Fənərbaxça