RU

Vaşinqtonda məktəb yaxınlığında silahlı insident olub

Vaşinqtonda orta məktəb yaxınlığında atəş açılıb, 17 yaşlı şagird xəstəxanaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli polis idarəsi sosial şəbəkədə bildirib.

“İlkin məlumata görə, güllə məktəb binasına tuş gələrək qız şagirdə dəyib”, – məlumatda diqqətə çatdırılıb.

Polis məktəb binasında təhlükəsizliyə birbaşa təhlükə olmadığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarının rəsmisi mətbuat konfransında deyib ki, hadisə şahidləri silsilə atəş səsləri eşidiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fərziyyəsinə görə, bu, bir neçə nəfər arasında atışma olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Избранный
154
11
operativmm.az

10Источники