İsrail radikal Həmas qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda İsrail ordusu Rəfahda hərbi əməliyyata başlayacaq.
News24.az xəbər verir ki, bu barədə “ The Wall Street Journal” məlumat yayıb.
“İsrail HƏMAS-a atəşkəs təklifi ilə razılaşmaq üçün bir həftə vaxt verib, əks halda Rəfahda hərbi əməliyyat keçirəcək”,- məlumatda qeyd olunub.
Bildirilir ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gələcək.
Mehriban Mirzəzadə