Olaylar xəbər verir ki, danışıqlar əsnasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinə baxılıb.
Tərəflər iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetiriblər.
Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31