Venesuelada xaricə neft tədarükü üçün korrupsiya sxemləri vasitəsilə dövlət neft-qaz şirkəti PDVSA 1 milyard dollardan çox vəsait oğurlayıb.
Yenisabah.az xəbər verir ki, bunu Venesuelanın baş prokuroru Tarek Uilyam bildirib.
Bu puldan ifrat sağçı müxalifətçilər Julio Borxes və Leopoldo Lopes istifadə ediblər.
"PDVSA-Cripto" cinayət işi üzrə 67 nəfər saxlanılıb. Onların arasında Venesuelanın keçmiş neft naziri və şirkətin keçmiş prezidenti Tariq əl-Aysami, həmçinin keçmiş maliyyə və iqtisadiyyat naziri Saymon Serpa da var.
Telegram kanalımız