Yəməndəki ABŞ ordusu üç pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədəABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin İran-Husilərin nəzarətində olan bölgəsində üç PUA-ya uğurla hücum edib və məhv edib", - komandanlığın X səhifəsində deyilir.
Departament dronların ticarət gəmilərini, həmçinin Amerika və koalisiya qüvvələrini birbaşa təhdid etdiyini bildirib.