AZ

ABŞ ordusu husilərin PUA-larını MƏHV ETDİ

ABŞ qüvvələri huusi üsyançılarına məxsus pilotsuz uçuş aparatını (PUA) Ədən körfəzi üzərindəki hava məkanında məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb .

“2024-cü il mayın 12-də yerli vaxtla təxminən saat 3:30-da Sənada Ədən körfəzi üzərindəki hava məkanında CENTCOM qüvvələri husilərin Yəməndə nəzarət etdikləri ərazidən buraxdığı pilotsuz uçuş aparatını məhv edib. Xəsarət alan olmayıb”, - məlumatda deyilir.

CENTCOM-un məlumatına görə, PUA ABŞ-ın hərbi gəmiləri, onların müttəfiqləri və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradıb.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda husilər Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularında İsraillə əlaqəli gəmilərə hərbi əməliyyatlar dayandırılana qədər zərbələr endirmək niyyətində olduqlarını açıqlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
22
publika.az

10Mənbələr