Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası tərəfindən saat 16:20 radələrində 65 yaşlı şəxsin (cinsi qadın) daşınma prosesi həyata keçirilib.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası göndərilib.
Huşsuz və ağır vəziyyətdə olan xəstə beyin - qan dövranının kəskin pozğunluğu diaqnozu ilə monitor nəzarəti altında, intubasiya olunaraq və süni tənəffüs aparatına qoşulu vəziyyətdə Yeni Klinikaya təxliyə olunub.