EN

65 yaşlı pasiyent süni tənəffüs aparatına qoşulu vəziyyətdə Yeni Klinikaya təxliyə olunub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası tərəfindən saat 16:20 radələrində 65 yaşlı şəxsin (cinsi qadın) daşınma prosesi həyata keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası göndərilib.

 

Huşsuz və ağır vəziyyətdə olan xəstə beyin - qan dövranının kəskin pozğunluğu diaqnozu ilə monitor nəzarəti altında, intubasiya olunaraq və süni tənəffüs aparatına qoşulu vəziyyətdə Yeni Klinikaya təxliyə olunub.

Chosen
110
aztibb.az

1Sources