RU

Britni Spirs rəsmi qaydada Sem Əsgəridən BOŞANDI 

Dünya pop səhnəsinin ulduzu Britni Spirs keçmiş əri, fitnes məşqçi Sem Əsgəri ilə rəsmi şəkildə boşanıb. 

Bizim.Media “TMZ” nəşrinə istinadə xəbər verir ki, ötən gün yekun sənədlər Los-Anceles məhkəməsinə təqdim edilib və ikili onlara imza atıblar. 

Boşanma proseduru problemsiz keçib. Bu hadisə Britnini qane etsə də, Sem qarşı tərəfdən istədiyini ala bilməyib.

Sənədlərə görə, Britni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalar, eləcə də toydan əvvəl və sonra qazandığı hər şeyi özündə saxlayıb. Sem yalnız nikah müqaviləsində nəzərə tutulanları alacaq. Ekspertlərin fikrincə, Spirs özünü və çoxmilyonluq sərvətini qoruya bilib. Buna səbəb isə sərvət sənədinin qaydasında olması olub. 

Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri çəkiliş meydançasında tanış olublar və 2016-cı ildən görüşməyə başlayıblar. O zaman müğənni atasının himayəsində olub. Britni ilə münasibəti zaman Əsgərinin karyerası yüksəlib.

2022-ci ildə onlar evləniblər, lakin evlilikləri 14 ay davam edib. Cütlüyə yaxın mənbənin sözlərinə görə, Spirs çoxdan Əsgəri ilə münasibətindən narazı olub və onunla mehriban şəkildə ayrılmağa qərar verib.
İddialara görə, boşanma səbəbi Britninin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə xəyanət etməsi olub. Əsgəridə bunu təsdiqləyən görüntülər də olub. İnsayderlər, həmçinin bildiriblər ki, Əsgəri vaxtaşırı ona əl qaldıran Britni Spirsin xoşagəlməz davranışından qorxub. 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
16
bizim.media

10Источники