"Aksesuar ticaret ve sanayi LTD. ŞTİ" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.
Xəyal Quliyev
Tarix: 3 May 2024, 08:35