RU

Aşağıbüdcəli aviaşirkət Aktaudan Bakıya uçuşlara başlayır

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli "FlyArystan" aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlara başlayacaq.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

Birbaşa reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Aktaudan Bakıya hər gün birbaşa uçuşlar həyata keçirir.


Telegram kanalımız
Избранный
111
7
yenisabah.az

10Источники