Bu şəxslərdən biri kimi, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının adı çəkilir. O, özünü həm də “Azərsu” yanında İctimai Şuranın üzvü kimi təqdim edir. Obrazlı ifadə etsək, su və kanalizasiya idarələri bu şəxsin əlindən beziblər.
Məsələni aydınlaşdırmaq üçün “Azərsu” yanında İctimai Şuraya müraciət etdik. Məlum oldu ki, “Azərsu” yanında İctimai Şura üzvlərinin səlahiyyət müddəti çoxdan ötüb və yeni seçki olmayıb. Ona görə də Mətanət Əsgərqızının saxtakarlıq edərək, özünü hələ də bu Şuranın üzvü kimi təqdim etməsi qanunsuzdur.
Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumata görə, Mətanət Əsgərqızı müxtəlif vəzifəli şəxslərə özünü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının da üzvü kimi təqdim edir.
Komitə ilə bu məlumatı da dəqiqləşdirməyə çalışırıq.
Vaqif Hüseynli
Demokrat.az