Amerikanın rusiyalı tərəfdaşlarına qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın onlarla münasibətlərinə təsir etməyəcək. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Bu, əlaqələrimizin inkişafına mane ola bilməz. Biz qeyri-dost düşmənçilik təzahürlərindən yaranan riskləri minimuma endirmək üçün əməkdaşlığı davam etdirməyi gözləyirik”, - Peskov bildirib.
Həmçinin ABŞ sanksiyalarına Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyədən şirkətlər daxildir.
Mətbuat katibinin sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlıq edən üçüncü ölkələrə təzyiqlərini davam etdirəcək.
Gülnar
www.anews.az