Türkiyə hakimiyyəti Cənubi Afrika Respublikasının İsraili Fələstin ərazisində soyqırımda ittiham etdiyi Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasına qoşulmaq niyyətini açıqlayıb.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, "İlk dəfədir ki, Cənubi Afrikanın İsrailə qarşı iddiasına beynəlxalq məhkəmədə qoşulmağa qərar verdiyimizi elan edirik",-deyə bildirib.